Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

“Azərbaycan coğrafi, təbii ehtiyatlar və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün görünür. 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər olub”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib. APA-nın xəbərinə görə, o, Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edib.

Buna da bax:​ Azərbaycan iqtisadiyyatı nefti olmayan qonşularından da geri qalır - səbəblərin analizi

Ə. Həsənov vurğulayıb ki, enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisə olunmazdır.

“Azərbaycanın enerji ehtiyatları 4.6 milyard ton şərti yanacaq - 2 milyard ton neft, 2,6 trilyon k/metr təbii qaz təşkil edir”.

Prezidentin köməkçisi Azərbaycanın iqtisadi durumun da qonşularla müqayisədə üstün olduğunu ifadə edib.

“2015-ci ildə Cənubi Qafqazda ÜDM-in həcmi 75 milyard dollardan çox olub. Bunun da 70 faizi Azərbaycanın payına düşür. Sənaye məhsulları üzrə Cənubi Qafqazda 20 milyard dollar miqdarında istehsalın 80 faizi Azərbaycana məxsusdur. 2015-ci ildə bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard dollar kapital qoyulmuşdur ki, onun da 19,5 milyardı Azərbaycana aiddir", Ə.Həsənov bildirib.

Buna da bax:​ «Azərbaycan vəzifələrin öhdəsindən gəlib»

Ə. Həsənov qeyd edib ki, bəhs olunan parametrlərə görə, Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub.

“Bu ölkə tam və büsbütün olaraq asılı vəziyyətdədir. Ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər”.

Buna da bax:​ Oğlu Qarabağda ölən ana: 'Biz acından ölməliyik?'

Azərbaycan müxalifəti de tez-tez Azərbaycanı Gürcüstan və Ermənistanla müqayisə etməyi sevirlər. Müxalifətçilər xüsusilə tez-tez qeyd edirlər ki, Gürcüstanda müəllimlər Azərbaycanla müqayisədə daha çox əmək haqqı alırlar. Bu günlərdə isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Ermənistanda Qarabağ savaşında ölən və yaralananlara müavinətlərin artırılması layihəsinə diqqət çəkmişdi. AXCP sədri hökumətə irad tuturdu ki, hələ də Azərbaycanda Qarabağ savaşında ölənlərin və əlil olanların sığorta pulları verilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG