Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Ankara Moskva ilə S-400 Zenit raket kompleksləri alınması ilə bağlı danışıqlar aparır.

TASS-ın noyabrın 18-də yaydığı məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri Işıq bəyan edib.

Amma nazir qeyd edib ki, eyni məqsədlə digər ölkələrlə də danışıqlar aparılır.

Nazir bununla bağlı NATO ölkələri ilə çoztərəfli danışıqlar aparıldığını və Türkiyədə alyansın tələblərinə cavab verən sistem olacağını deyib.

Amma qeyd edib ki, yekin məqsəd, bu sistemi Türkiyənin özündə istehsal eləməkdir.

Türkiyə bu sistemlərlə hələ 2013-cü ildən maraqlanır.

Bu məqsədlə Ankaranın Çinlə apardığı danışıqlar texnologiyanın verilməsi və birgə istehsal da daxil olmaqla bir sıra fikir ayrılıqlarına görə baş tutmadı və Türkiyə hakimiyyəti həmin vaxt tenderi təxirə saldı.

Amma 2016-cı ildən məsələ yenidən gendəmə dönüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG