Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Ermənistan parlamenti həlak və ya əlil omuş hərbçilərin ailələrinə kompensasiya verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədi.

Qərar gələn il yanvarın 28-dən qüvvəyə minəcək.

102 deputat sənədin lehinə, 3 nəfərsə əleyhinə səs verib.

Bunlar müxalifətdə olan “Ermənistan Milli Konqresi” partiyası fraksiyasının lideri Levon Zurabyan, həmin partiyanın katibi Aram Manukyan və “İrs” partiyasından deputat Zarui Postancyandır.

Yeni qanuna əsasən hər bir işləyən Ermənistan vətəndaşından bu məqsəd üçün hər ay 1000 daram ( 2 ABŞ dolları) tutulacaq.

Məlumata görə, müdafiə naziri Viqen Sarqsyan qanun layihəsini təqdim edərkən yekun çıxışında buna qarşı çıxan deputatları yox düyməsini basmamağa çağırıbmış.

Qeyd edək ki, hökumətin bu addımı cəmiyyətdə heç də birmənalı qarşılanmır.

Qanun layihəsi noyabrın 14-də müzakirə olunarkən parlament binasının qarşısında etiraz aksiyası keçirildi.

“100 dəfə ayıbdır” təşəbbüsünün üzvü Artur Sakunts hesab edir ki, hakimiyyət əlavə camaatın cibinə girməməkdənsə , sadəcə korrupsiya ilə mübarizəni gücləndirməli və orduya kömək etmək üçün kölgədəki pulları üzə çıxarmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG