Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Vergi borcuna görə ölkədən buraxılmayan hüquqi şəxslərin icra orqanları rəhbərlərinin sayı artıb.

Vergilər Nazirliyinin noyabrın 17-nə olan məlumata görə, bu şəxslərin sayı 739 nəfərə çatıb. Noyabrın 15-nə olan məlumata görə, belə şəxslərin sayı 727 idi. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı isə azalıb. Noyabr 17-nə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 420-yə enib. İki gün əvvələ kimi belə 423 fiziki şəxsin adı qeyd olunmuşdu.

Ekspertlərin fikrincə, əslində, vergi borcu olanlar bundan dəfələrlə çoxdur. Onların deməsinə görə, sadəcə, nazirlik əsasən xaricə tez-tez gedib-gələnlərə qadağa qoyur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG