Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Xaricdə yaşayan azərbaycanlılarla bağlı qanunvericilikdə dəyişiklik edilir.

APA bu xəbəri Milli Məclisə istinadən yayıb.

Xəbərə görə, «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Qanunun 5.3-cü maddəsinə dəyişiklik edilir.

Mövcud qanunvericiliyin həmin maddəsində qeyd edilir ki, «Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir». İndi isə cümlədəki «müvafiq dövlət rüsumu ödəməkdən azad edilir» sözləri «tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi «Dövlət rüsumu haqqında» qanunla tənzimlənir» sözləri ilə əvəz edilir.

Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan vətəndaşlığına qəbul olunmaqdan ötrü müraciət edən zaman ondan rüsum tələb olunacaq.

Xəbərə görə, layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG