Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Donald Trump milli təhlükəsizlik müşaviri vəzifəsinə hərbi kəşfiyyat idarəsinin keçmiş rəisi Michael Flynn-i təklif edib. M.Flynn-in təklifə cavabı bəlli deyil. «Reuters» agentliyi yazır ki, Trump özü bu barədə sualları cavablandırarkən, «Birləşmiş Ştatların prezidenti sizin xidmətinizi istəyirsə, bu istəyə bir cavab ola bilər», deyib.

M.Flynn prezident Barack Obama-nın dövründə Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri olub. Onun iki illik xidmət dövrü sakit keçməyib, 2014-cü ildən—vəzifəsindən azad olunandan bəri B.Obama-nın xarici siyasətinin qatı tənqidçisinə çevrilib.

M.Flynn xüsusilə B.Obama-nın «İslam dövləti» (İŞİD) ilə mübarizə üsuluna qarşıdır. Onun fikrincə, hazırda ABŞ 11 Sentyabr hadisələri dövrüylə müqayisədə daha ciddi terror təhlükəsiylə üz-üzədir və Vaşinqton terrorla daha sərt mübarizə aparmalı, Rusiyayla birgə çalışmalıdır. M.Flynn həm də İranla nüvə müqaviləsinə yenidən baxılmasının tərəfdarıdır. Bütün bunlar isə yeni seçilmiş prezident D.Trump-ın fikirləriylə üst-üstə düşür.

D.Trump Rusiya, Çin, İran və Avropayla bağlı keçmiş dövlət katibi Henry Kissinger-dən məsləhət alıb. Keçmiş prezidentlər Richard Nixon və Gerald Ford-un vaxtında çalışmış 93 yaşlı H.Kissinger qapıları Çinin üzünə açmış siyasətçi kimi tanınır. O, Demokratların namizədi H.Clinton-un tərəfdarlarından olduğunu gizlətməsə də, D.Trump-la söhbətə etiraz etməyib və D.Trump-ın ofisindən verilən məlumata görə, görüş maraqlı keçib.

Səsvermədən sonrakı müsahibəsində H.Kissinger D.Trump-ın qələbəsini gözləmədiyini, ölkənin gələcəyi ilə bağlı narahatlığını bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG