Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Jamanak qəzeti yazır ki, “bu yaxınlarda media nümayəndələri və rəhbərləri ilə görüşdə yeni müdafiə naziri Vigen Sarkisian özünə etimadsız münasibəti bir az da dərinləşdirib.”

Qəzet başqa nazirlikdəki - İqtisadiyyat Nazirliyindəki mənbələrə istinadla yazır: “Vigen Sarkisian heç bir ciddi qərarı müstəqil qəbul etmir. Və hazırda canla-başla Serzh Sarkisianın referenti vəzifəsini yerinə yetirir. Heç bir ciddi məsələni həll etməyə və həlledici qərar verməyə onun ixtiyarı yoxdur”

Qəzet daha sonra yazır: “Bizim mənbələr xəbər verir ki, indi müdafiə nazirinin dəyişdirilməsinin əsas məqsədi daha çox aydın olur- elə adamı müdafiə naziri qoymaq ki, o, Serzh Sarkisianın qərarlarına qarşı çıxmasın və müti şəkildə bu qərarları icra eləsin. Bu, hətta Seyran Ohanianın vaxtında da mümkün deyildi. O, təzyiqə davam gətirə bilirdi və hətta az-çox müstəqil qərar verə bilirdi”.

Paul Goble: Ermənistan təklənəcək

“168 jam” qəzeti tanınmış amerikalı politoloq, hazırda Vaşinqtondakı Dünya Siyasəti İnstitutunun professoru Paul Goble ilə müsahibəni dərc edib. Qəzet soruşub ki, Donald Trumpın prezidentliyi dövründə Rusiya və Azərbaycan Qarabağ problemini Azərbaycanın xeyrinə həll edə bilərlərmi?

Paul Goble

Paul Goble

Paul Goble cavab verir ki, “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin məqsədi, hədəfi Azərbaycanın özüdür. Əgər Bakı ilə Moskva arasında daha geniş əməkdaşlıq başlansa, mən Rusiyanın üzünü Azərbaycana doğru çevirəcəyini gözləyirəm və mənim fikrimcə, bu, Dağlıq Qarabağ problemi üzrə danışıqlar prosesində özünü göstərəcək.

Ancaq mən irəliləyiş gözləmirəm. Çünki hesab edirəm ki, Rusiya ikili oyun oynamaq iqtidarındadlır. Rusiya Azərbaycandan indikindən daha çox tminat istəyəcək ki, Azərbaycan Rusiyanın orbitində qalacaq.

Ancaq Rusiyanı İranla birləşdirən dəmiryolunun açılışı, prezident İlham Əliyevin Moskva ilə əməkdaşlıq haqda bəyanatı Kremllə Bakını yaxınlşadıracaq. Bu, baş versə, Ermənistan təklənəcək, təcrid olunacaq. Bu da danışıqlara təsir edəcək. Ancaq yenə təkrar edirəm, mən yaxın 6-12 ayda irəliləyiş gözləmirəm”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG