Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Azərbaycan əngəlli insanlar 3 dekabr - beynəlxalq əlillər günündə mitinq təyin edib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.

Aksiyada “Əlil həbslərinə, intiharlarına son”, ”Qarabağ qazisi Asif Yusifliyə azadlıq” kimi şüarların səslənməsi planlaşdırılır

Buna da bax:​ Qarabağ əlilinin həbsindən apelyasiya şikayəti verilib

Mitinq komitəsinin məlumatında bu günlərdə gözdən əlil Elyar İsmayılovun həbs edildiyi, mitinqdə onunla bağlı şüarların da səsləndiriləcəyi bildirilib.

Mitinq komitəsi noyabrın əvvəlində də etiraz aksiyası keçirməkdən ötrü Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdi. Ancaq BŞİH başçısı Hacıbala Abutalıbovun adından noyabrın 14-də verilən cavabda aksiyaya icazə verilmədiyi qeyd edilmişdi.

Buna da bax: Gəncədə Qarabağ əlillərinin narazılığı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG