Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Azərbaycan Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin yekunlarına dair noyabrın 17-də kollegiya iclası keçirilib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Kollegiyada müdafiə naziri bildirib ki, ölkə başçısının təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və sahələrdə keçirilən irimiqyaslı təlimlərdə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib.

Buna da bax:​ Hərbi dəniz qüvvələri təlimlərə cəlb olunub

Təlimlərdə komandirlərin və şəxsi heyətin peşəkarlığı yüksək qiymətləndirilib.

Noyabrın 12-də Azərbaycan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təlimləri başlamışdı.

Təlimlərdə 60 min hərbiçi, 60 təyyarə, helikopter, 150 ədəd zirehli texnika, 700 raket və artilleriya sistemi iştirak etdiyi bildirilib.

Buna da bax:​ Naxçıvanda təlimlər

Müdafiə Nazirliyi genişmiqyaslı təlimlərin noyabrın 18-nə qədər davam edəcəyini açıqlamışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG