Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 17-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7039 məzənnəsi ilə başlayıb və 1.7089 ilə yekunlaşıb.

AMB son vaxtlar dolların növbəti günə məzənnəsini hərracların nəticəsindən yuxarı təyin edir.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən dəyər qazanmaqdadır.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt dollar Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG