Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Bakıda yeraltı dayanacaqların da özəlləşdirilməyə çıxarılacağı bildirilir.

«Marja»nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarı var.

Söhbət Azadlıq meydanındakı və Füzuli küçəsindəki («Qış bağı»nın altında yerləşən) yeraltı avtomobil dayanacaqlarından gedir. Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların idarəetməyə verilməsi nəzərdə tutulur.

Hazırda bu dayanacaqlar Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.

Gəncə Avtomobil Zavodu və bir sıra iri dövlət xəstəxanalarının da özəlləşdirməyə çıxarılacağı bildirilirdi.

Azərbaycanda bu ildən növbəti özəlləşdirmə mərhələsinə start verilib. Azərbaycanda özəlləşdirmənin ilk mərhələsi 1995-ci ildə başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG