Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Noyabrın 16-sı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri təhlükəsizlik şuraları katiblərinin illik iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, iclasda MDB məkanında təhlükəsizliyin təmin olunmasına dair məsələlər müzakirə edilib.

Tədbirdə Azərbaycanı Prezidenti Administrasiyasının (PA) rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev təmsil edib.

PA rəhbərinin müavini Novruz Məmmədov deyib ki, iclas MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilib. Tədbirdə görülən işlər, mövcud nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb: «Bu gün beynəlxalq münasibətlər olduqca mürəkkəbdir. Beynəlxalq aləmdə vəziyyət hər gün dəyişir. Bu iclasın da mövzusu müasir dövrdə təhdidlər və çağırışlar, onlarla mübarizə formaları idi».

Xəbərə görə, iclasda PA-rəhbəri R.Mehdiyev çıxış edərək, bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edib.

MDB-ni Rusiya, Ukrayna və Belarus təsis edib. Onun qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilib.

Azərbaycan 1991-ci il dekabrın 21-də MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Azərbaycan parlamenti bu qərarı yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra- 1993-cü ilin sentyabrında ratifikasiya edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG