Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Almaniyanın «BfV» kəşfiyyat agentliyi Rusiyanın seçkiyə müdaxilə edəcəyindən narahatdır. Almaniyada səsvermə gələn ilə planlanır.

«Reuters»ə müsahibəsində «BfV» rəhbəri Hans-Georg Maassen rus qadınıyla bağlı qalmaqalı xatırladıb. Keçən il Rusiya mətbuatı Berlində miqrantların bir rus qadını qaçırıb zorladığını yazmışdı. Almaniya sonradan bu xəbəri təkzib etdi. «Belə şeylər gələn il də təkrarlana bilər, ona görə də ayıq-sayıq olmalıyıq», - H.Maassen deyib. Onun sözlərinə görə, bu kimi «hibrid xarakterli» təxribatların məqsədi ümumi rəyə təsir etməkdir.

Keçən həftə Almaniya kansleri Angela Merkel də Rusiyanın internetə hücuma keçməsi, dezinformasiyayla məşğul olmasının əlamətlərini gördüklərini deyib.

ABŞ-ın kəşfiyyat rəsmiləri də prezident seçkilərindən əvvəl Rusiyanın səsvermə nəticələrinə təsir etməyə cəhd göstərdiyini demişdilər. Kreml ittihamları rədd etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG