Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Pakistan Fethullah Gülen-lə əlaqəsi olduğu güman edilən müəllimlərin ölkədən çıxmasını istəyib.

Pakistandakı «PanTürk» özəl məktəb və kolleclərində çalışan müəllimlərin də, onların ailə üzvlərinin də vizalarının vaxtı bitir. Ölkənin Daxili İşlər Nazirliyi vizaların uzadılmasından imtina edib. Nəticədə təxminən 450 nəfərlik türk heyəti vətəninə qayıtmaq məcburiyyətində qalıb.

Gülen-lə əlaqəsi olduğu güman edilən «PanTürk» məktəblərinin bağlanmasını Pakistandan Ankara istəyib. Həmin məktəblərdə 10 mindən çox şagird təhsil alır. «PanTürk» özü ittihamları rədd edib, Pakistanda fəaliyyətini davam etdirəcəyini bildirib.

Bu gün, noyabrın 16-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan Pakistana gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG