Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Donald Trump seçki kampaniyası dövründə deyirdi ki, qanunsuz mühacirlərə qarşı ölçü götürüləcək, ölkədən çıxarılacaq. İndi Trump prezident seçiləndən sonra bu qanunsuz mühacirlərin, o cümlədən azərbaycanlı mühacirlərin axırıı necə olacaq?

Əvvəla, Amerikada azərbaycanlı qanunsuz mühacirlər varmı, onların sayı çoxdurmu?

Amerikalı hüquqşünas Qorxmaz Əsgərov Azadlıq Radiosuna deyir ki, Amerikada belə sənədsiz azərbaycanlı mühacirlərin sayı az deyil. Hətta onlar çoxdurlar.

Bəs belə qanunsuz mühacirlər Amerikaya necə gəliblər?

Qorxmaz Əsgərov

Qorxmaz Əsgərov

Hüquqşünas izah edir ki, bu azərbaycanlılar Amerikaya tam qanuni şəkildə gəliblər. Qanunsuz, daha doğrusu sənədsiz mühacirə sonra çevriliblər. Ya universiteti atıblar, ya vizanın vaxtı keçib, uzatmayıblar və s.

Onlar belə sənədsiz ola-ola Amerikada necə yaşayırlar və necə işləyirlər?

Qorxmaz Əsgərov deyir ki, məsələn, küçədə polisin hər hansı bir insanı saxlayıb, sənəd tələb eləmək səlahiyyəti yoxdur. Ona görə qanunu pozana qədər heç kim səndən sənəd istəmir.

Belə insanlar işə necə düzəlir?

Hüquqşünas deyir ki, onlar əsasən fiziki və ya aşağı işlərə gedirlər, orda da işə götürən çox vaxt sənədin olub-olmamağına baxmır.

Hətta belə sənədsiz mühacirlər maaş alıb, vergi də ödəyirlər. Nəticədə sənədsiz mühacir Amerikada həm yaşaya bilir, həm də işləyib, vergi verir, heç kim də bilmir ki, onun sənədi yoxdur.

Bütün bunlara baxmayaraq hüquqşünas bütün sənədsiz mühacirlərə məsləhət görür ki, yubanmadan öz sənədlərini qaydaya salsınlar və bunun qanunda nəzərdə tutulan yollarını da göstərir. Ətraflı audioda

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG