Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:12

«Mənzil İnşaatı Dövlət Agentliyi» (MIDA) Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədilə «Elektron hökumət» portalında «Güzəştli mənzil» sistemi yaradılacaq.

Prezident Ilham Əliyev noyabrın 16-da bununla bağlı fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, sistem 2017-ci il mayın 1-dən tətbiq edilməlidir.

Fərmana görə, «Güzəştli mənzil» sistemində MİDA-nın sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsindən ötrü tələb olunan sənədlərin siyahısı və şərtləri yerləşdirilməlidir.

Mənzil üçün müraciət etmiş şəxslərin vahid və ictimaiyyətdən ötrü açıq olan qeydiyyatı da aparılmalıdır.

«Güzəştli mənzil» sisteminin təşkilini prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, fəaliyyətinin təmin olunmasını isə «MİDA» MMC həyata keçirməlidir.

Fərmana əsasən, Nazirlər Kabineti «Güzəştli mənzil» sisteminin əsasnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Prezident İlham Əliyevin bu il aprelin 12-də imzaladığı sərəncam ilə sosial evlərin tikintisi ilə məşğul olacaq Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.

Yeni agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG