Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:37

Ermənistan mediası: Bakı ilə Yerevan arasında "qaynar xətt"


ABŞ-la SSRİ arasındakı qaynar telefon xətti
ABŞ-la SSRİ arasındakı qaynar telefon xətti

Ermənistan prezidenti Serj Sarkisian Bakı ilə Yerevan arasında "qaynar telefon xəttinin" yaradılmasına tərəfdardır.

1-ci erməni informasiya kanalının məlumatına görə, bunu Ermənistan prezidenti Sarkisian “Rossiya seqodnya”-nın baş direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

Sputnik Armenia televiziyası üçün götürülən müsahibədə Sarkisian deyib ki, belə qaynar telefon xətti Dağlıq Qarabağda təmas xəttində vəziyyətə operativ reaksiya verməyə kömək edərdi. “Məsələn, təmas xəttində kimsə atəş açır. Tutaq ki, bizim məlumata görə, atəş açan azərbaycanlılardır. Mən dəstəyi götürürəm və Azərbaycan prezidentinə zəng edirəm, deyirəm ki, atəş açırlar. O da doğrudan da yoxlayır”.

Sarkisian deyib ki, “mən nəzarəti təmin edə bilərəm və dəqiq deyə bilərəm ki, bizimkilər atəş açır yoxsa yox. Əlbəttə, eyni münasibəti Azərbaycn rəhbərindən də gözləyirəm”.

Sarkisian xatırladıb ki, 1990-cı illərdə belə qaynar xətt yaratmağa cəhd olunub.

“O vaxt mən Ermənistanın müdafiə naziri olanda bizim Azərbaycanın müdafiə naziri ilə birbaşa telefon əlaqəmiz var idi. Biz ekstremal hallarda, təcili əlaqə lazım olanda, əlaqə yaradırdıq”.

OĞRUNU NECƏ TAPMALI?

Aravot qəzetində baş redaktor Aram Abramianın köşə yazısı çıxıb:

“25 ildir ki, bu daoloqu eşidirəm. Müxalifət: “hakimiyyət oğru-quldurdur”. Hakimiyyət :”adları deyin, onlarla prokurorluq məşğul olsun”. Müxalifət: “o adları siz bizdən yaxşı bilirsiniz”

Təbii ki, vətəndaşların əksəriyyəti müxalifətin belə “sərt” davranışından razı qalır, ancaq heç nə dəyişmir.”

“Bu günlərdə Rusiyada naziri rüşvət alarkən tutublar, ancaq belə sübut nadir hallarda olur.

Orduda hansısa generalın yeyib-dağıtdığını biz görməmişik, videoya çəkməmişik ki,sonra sübut kimi məhkəməyə verək. Ancaq biz onun villasını görürük. Bu villanın qiyməti onun ömür böyu aldığı maaşından yüzlərlə dəfə çoxdur.

Bu ev onun adınadır yoxsa yox, bunun əhəmiyyəti yoxdur. O, o evdə yaşayırsa, artıq şübhəyə əsas yaranır, baş komandan düşünməlidir ki, belə generala ehtiyac varmı və prokurorluq onunla maraqlanmalıdır. Bir sözlə, təkcə gəlirləri yox, xərcləri də nəzarətdə saxlamaq lazımdır”.

“Bununla hansı orqan məşğul olmalıdır? Məncə, xüsusi parlament komissiyası. O komissiyaya hakimiyyətdən heç kim daxil olmamalıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG