Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

«Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə təqribən 4 min 140 nəfər iş yerini itirir».

Bunu iqtisadçı Qubad İbadoğlu yazır. O, qeyd edir ki, bunu Dövlət Statistika Komitəsinin son məlumatları da təsdiq edir.

«Komitənin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37.2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76.2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bağlanan iş yerlərinin 63.9 faizi fərdi sahibkarlıq subyektlərinin, 17 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması ilə əlaqədar olub. 19.1 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla bağlıdır».

Ekspertə görə, bu o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138, hər ay isə təqribən 4 min 140 nəfər iş yerini itirir.

Q.İbadoğlu diqqəti 3 məqama yönəldib. «Əvvəla, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir. Çünki bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçota düşmədiyindən, onlardan işini itirənlərlə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əksini tapmır. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerlərini itirənlərin sayı daha da arta bilər», - ekspert vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG