Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

'Qara bazar'da dollar satışı çiçəklənir


Azərbaycan Mərkəzi Bankı növbəti günə, noyabrın 17-nə dolların məzənnəsini elan edib. Məzənnə əvvəlki - bir dollara görə 1.7039 manat səviyyəsində qalıb.

Ancaq oktyabrın ortalarından dolların məzənnəsinin yenidən artması fonunda əksər kommersiya banklarının Amerika valyutasının satışını dayandırdıqları bildirilir.

«Turan» Agentliyinin xəbərinə görə, noyabrın 16-da 15-dək bank əhaliyə dollar və avro satmayıb. Bu da «qara bazar»ın çiçəklənməsinə şərait yaradıb.

Xəbərdə qeyd edilir ki, rəsmi məzənnə 1 dollara görə 1.7039 manat olduğu halda, bəzi banklar onu 1.7720 manata satır, 1.7670 manata isə alırlar.

Eyni zamanda, «qara bazar»da 1 dolların 1.82 manata satılıb, 1.81 manata alındığı qeyd edilir.

Bəzi ekspertlərin fikrincə, ilin sonunadək dolların rəsmi məzənnəsi 1.80-1.85 manat olacaq.

Azərbaycanda ötən il dekabrın 21-də baş verən sonuncu kəskin devalvasiyadan sonra da bir müddət «qara bazar»da dollar satışının artdığı söylənirdi. Ancaq sonradan bu proses dayanmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG