Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Azərbaycan Mərkəzi Bankı (AMB) notlarını tam olaraq sata bilməyib.

Bu gün, noyabrın 16-da AMB-nin Bakı Fond Birjasında 75 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gündür

Hərrac zamanı 1 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 30 milyon 338 min 200 manat təşkil edib. Notların nominal üzrə reallaşdırılmış həcmi də elə həmin məbləğdə olub. Notların ödəmə tarixi dekabrın 14-dədir.

Noyabrın 10-da keçirilən hərracda 75 milyon manatlıq notlara 26 milyon 718.5 min manat sifariş olmuşdu.

Şərhləri göstər

XS
SM
MD
LG