Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Türkiyə prezidenti Racep Tayyip Erdogan bir daha Almaniyanı PKK yaraqlılarını dəstəkləməkdə günahlandırıb.

Ərdoğanın sözlərinə görə, ona göstərilən sənədli sübutlara görə, Almaniyada PKK təşkilatı üçün xeyli pul toplanıb.

Ərdoğan bunu Pakistana səfərə yollanmazdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin Belçikanın PKK təşkilatı və 15 iyul qiyam cəhdinin təşkilində ittiham olan Fətullah Gülən tərəfdarları üçün mühümm mərkəz olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bundan əvvəl də Avropanı PKK yaraqlılarını dəstəkləməkdə ittiham eləmişdi.

Türkiyə, Avropa Birliyi və ABŞ PKK-nı terrorçu təşkilat hesab edirlər.

Bu təşkilatın uzun illərdir ki, Türkiyədə müstəqillik uğrunda apardığı silahlı savaşda hər iki tərəfdən 10 minlərlə adam ölüb.

Son vaxtlar təşkilatın yenidən Türkiyədə fəallaşdığı müşahidə olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG