Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Çexiyada 60 deputat cinayət məcəlləsinə prezidenti təhqirə görə cəza nəzərdə tutan düzəliş edilməsini təklif edib.

Söhbət cərimə, əmlakın müsadirə olunması və 12 ayadək həbs cəzasından gedir. Bu barədə Çexiyanın “iDNES” qəzeti məlumat yayıb.

Təklifi hakim CSSD və ANO, həmçinin müxalifətdə olan KSCM və “Usvit” partiyalarının nümayəndələri verib. Əsas təşəbbüskar isə kommunist Zdanek Ondracekdir.

Onlar buna əsas kimi xarici dövlətlərin təcrübəsini göstərirlər. ”19-cu əsrdə Niderlanddakral ailəsinə görə qəbul olunmuş belə bir qanun hələ də qüvvədədir. Məsələn 2016-cı il iyunun 14-də Feysbukda təhqirə görə 1 nəfərhəmin maaddə ilə 30 gün azadlıqdan məhrum edilib. Həmçinin digər Avropa ölkələrində monarx aiıləri və dövlət rəhbərlərini qoruyan bu cür qanunlar mövcuddur”,deyə müraciətdə bildirilir.

Sənəd yaxın vaxtlarda hökumətin müzakirəsinə çıxarılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG