Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik edilir.

APA-nın xəbərinə görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 16-da keçirilən iclasında “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Layihəyə əsasən “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar”dan ötrü nəzərdə tutulan güzəşt “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilir.

Buna da bax: Kimə bir saatlıq ana lazımdır?

Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I, II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara həftədə 36 saat iş vaxtı müəyyən edilir. Bu güzəşt yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara və həmin uşaqların qəyyumlarına, himayədarlarına da aid edilir.

Yeni layihədə isə təklif edilib ki, “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar”a nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG