Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Noyabrın 16-da Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir.

Xəbəri AZƏRTAC yayıb. Toplantıda prezidenti İlham Əliyev də iştirak edir. .

İ.Əliyev: “Biz media, söz azadlığını təmin etmişik ”

APA-nın xəbərinə görə toplantıda çıxış edən İlham Əliyev deyib ki. Azərbaycanda söz azadlığı təmin edilib: "Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik".

Buna da bax: Azərbaycan təlim keçirir, Ermənistanla Rusiya qoşun yaradır... [video]

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik Respublika 98 il əvvəl qurulub: "İlk demokratik Respublika 2 il yaşasa da, demokratik ənənələrin əsasını qoydu. O vaxt qadınlara səsvermə hüququ verilmişdi. Onda, hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malikdir”

Dövlət başçısı qeyd edib ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayır: "Biz istəyərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin".

Buna da bax: ‘Acından ölən’ Ermənistan və 'ölməyən' Azərbaycan...

“İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılır..."

Prezident daha sonra Qarabağ münaqişəsindən danışıb:

"SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox halda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul edib. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılır. Bakıda isə erməni kilsəsi mühafizə olunur".

Buna da bax: 'Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki biz onu məhv edə bilməyək'

Tədbir 3 gün davam edəcək

Bu tədbirin 3 gün davam edəcəyi bildirilir.

Xəbərə görə, toplantıya dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyən edən 190-a yaxın xəbər agentliyi rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər qatılıblar.

Konqresin sessiyalarında xəbər agentliklərinin fəaliyyəti və problemləri müzakirə edilməlidir.

Buna da bax: Prezident niyə Lələtəpəylə hədələyir?

Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskvada keçirilib. IV Konqres 2013-ci ildə Səudiyyə Ərəbistanında gerçəkləşib.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir.

Şərhləri göstər

XS
SM
MD
LG