Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Atəşkəslə bağlı 16 noyabr açıqlaması


Dağlıq Qarabağ ərazisində erməni artileriyası.

Dağlıq Qarabağ ərazisində erməni artileriyası.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 59 dəfə pozublar. Bu zaman 60, 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi vurğulanır.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndləri atəşə tutulub.

Buna da bax:​ 'Prezidentlərin xəbəri olmadan da cəbhədə vəziyyət gərginləşə bilər'

Bundan başqa, Berd, Krasnoselsk rayonları ərazisindən Tovuz rayonunun Muncuqlu kəndi və Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib. Habelə, Azərbaycan ordusunun Goranboy və Tərtər rayonları ərazisindəki mövqelərinin də atəşə tutulduğu qeyd edilir.

Buna da bax: 'Sülh şəraitində ermənilərin Azərbaycanda yaşamasına heç bir maneə yoxdur'

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG