Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

1-ci erməni informasiya kanalı (1EİK) yazır ki, "Ermənistan parlamentinin sədr müavini Sharmazanov yeni standart fikirləşib. O deyir ki, ölən və əlil olan əsgərlərə yardım üçün yaradılacaq fonddan pul oğurlayan “it oğludur”".

Ancaq 1EİK hesab edir ki, hakimiyyət sisteminə bu standartı, meyarı tətbiq edən Sharmazanov yox,yeni baş nazir Karen Karapetiandır. Karapetian bu günlərdə ərzaq keyfiyyəti standartlarını pozan istehsalçılara eynilə bu adı vermişdi. O demişdi ki, özünü belə aparan “it oğludur”.

Karapetian Ermənistanda dəyişiklik simvolu olduğuna görə, belə nəticəyə gəlmək olar ki, hakimiyyətdə yeni vəziyyətin standartı hazırda “it oğlu” anlayışıdır. Oğurlayan it oğludur. Sui-istifadə edən it oğludur.

1EİK yazır ki, ancaq bir sual yaranır: hakim respublika partiyası və hakimiyyət üçün bəs nə vaxt qanun yeni standart olacaq? Nə vaxt fonddan pul oğurlayana "cinayətkar" deyəcəklər, deyəcəklər ki, qanunu pozdu?

ERMƏNİ DİLİ

Erməni dili dünyada ən qəribə dillər siyahısına salınıb. Bunu 1-ci erməni informasiya kanalı Britaniyanın İndependent qəzetinin istifadə etdiyi göstəricilərə əsasən yazır. Həmin göstəricilər isə YUNESCO və Gouero turist informasiya portalınındır.

“Qəribə dil” məsələsini isə 2013-cü ildə ABŞ-ın İdibon şirkəti qaldırıb. O vaxt şirkət araşdırmağa çalışıb ki,hansı dillər qəribədir? Yəni hansı dillərin qeyri-adi fərqləri var?

İdibon araşdırmaçıları müəyyın ediblər ki,dünyada olan dillərin 35 faizində cümlədə sözlər bu ardıcıllıqla gəlir: subyekt- feil-obyekt. Ancaq dünyadakı dillərin 8,7 faizində cümlə feillə başlanır. Məsələn,Uels və ya havay dilində bu belədir. Bu baxımdan bu dilllər qəribədir.

Alimlər dünyadakı dillərdə 165 əsas qəribəlik müəyyən ediblər.

Dünyada ən qəribə dil Meksikanın cənubunda 6 min insanın danışdığı çalkatonqo-miştek dilidir. Bu dildə məsələn, təsdiq və sual cümlələri eynidir. Onlar bir-birindən həm yazılışca, həm də intonasiya baxımından qətiyyən fərlənmir.

Dünyada ən qəribə dillərin birinci onluğuna erməni dili də salınıb.

İngilis dili qəribə dillər sırasında 33-cüdür.

Dünyada qəribəliyi ən az olan dil isə hindi dilidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG