Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Xoşbəxtliyin 3 sirri


arxiv fotosu
arxiv fotosu

businessinsider.com yazır ki, həyatın ən mühüm və ən çətin öyrənilə bilən nemətlərindən biri xoşbəxtlikdir.

Harvard Universitetindən olan psixoloq Robert Waldinger dünya tarixində yaşlılar üzərində ən uzun və ən geniş araşdırmanın rəhbəridir.

Onun başçılıq etdiyi araşdırma 1938-ci ildən aparılır.

Araşdırma dövründə hər iki ildən bir insanlardan onların həyatı, o cümlədən ailə həyatı, işdən razılığı, sosial fəallığı barədə sorğu-sual olunur. Hər 5 ildən bir isə onlar sağlamlıq teslərtindən keçirlər - rengen, qan analizi və s.

Robert Waldingerin sözlərinə görə, araşdırmada gəlinən ən böyük nəticə odur ki, yaxşı münasibətlər insanları xoşbəxt və sağlam edir.

Robert Waldinger xoşbəxtliyin 3 sirrini açıqlayır:

Yaxın münasibətlər

Öz ailəsinə, dostlarına, qohumlarına, qonşularına yaxın olanlar daha xoşbəxt və daha sağlamdırlar. Onlar həmçinin daha çox yaşayırlar. Tənha olanlar daha az xoşbəxtdirlər, onların fiziki və əqli sağlamlığı daha pisdir.

Münasibətlərin keyfiyyəti

Münasibətlərin çoxluğu yox, onların keyfiyyəti əsasdır. Araşdırmaya görə, tez-tez mübahisə edən ailələr daha az xobəxtdir, nəinki ümumiyyətlə heç evlənməyənlər.

O da məlum olub ki, münasibətlərin keyfiyyətinin əhəmiyyəti yaşdan asılıdır. 20 yaşlarında münasibətlərin sayı əhəmiyyətlidirsə, yaş 30-u keçəndən sonra artıq münasibətlərin keyfiyyəti əhəmiyyətlidir

Sabit, dəstəkverici evlilik

Başqalarına sosial bağlılıq təkcə fiziki sağlamlıq üçün vacib deyil. Bu həm də əqli sağlamlıq üçün mühümdür. Boşanmayan, ayrılmayan ailələrdə ər və arvad yaddaş testlərini daha yaxşı verirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG