Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

Asiya İnkişaf Bankı (AİB) “Cənub Qaz Dəhlizi”nin maliyyələşdirilməsi məsələsini müzakirə edəcək. Kredit ayrılması məsələsi Direktorlar Şurasında ilin sonuna qədər nəzərdən keçiriləcək.

Bankın Azərbaycanda səfərdə olan əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janq belə deyib. O, noyabrın 15-də Bakıda brifinq keçirib.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nə maliyyə axtarışı

Vensay Janq Azərbaycanın gözlədiyi kreditin məbləği haqda da danışıb. Onun deməsinə görə, razılıq verilərsə, maliyyələşmənin ümumi məbləği 1 milyard dollar təşkil edəcək.

“Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə dəstək əldə olunması Azərbaycan hökumətinin əsas gündəm mövzularındandır.

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Buna da bax:​ 22 ildə nə dəyişib?

Azərbaycan bu layihə çərçivəsində maliyyə öhdəliklərinin yerinə yetirilməsindən ötrü xarici valyuta axtarır.

Bir müddət öncə ölkə mətbuatı SOCAR prezidentinə istinadən belə məlumat yaymışdı ki, Azərbaycan bu layihə ilə bağlı ümumilikdə 7 milyard dollarlıq investisiya cəlb etmək niyyətindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG