Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olunub.

Bu haqda parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu xəbər verib.

O, APA-ya deyib ki, büdcə zərfi əvvəlcə komitələrin iclasında müzakirə olunacaq, sonra isə plenar iclasa çıxarılacaq.

Buna da bax:​ Deputatlar hələ büdcə layihəsinin üzünü görməyib

Büdcə zərfinə “Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycanda 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlar daxildir. Habelə, Milli Məclisin və Hesablama Palatasının 2017-ci ildə xərclər smetaları da büdcə zərfində yer alır.

Büdcə zərfinin Milli Məclisin müzakirəsinə dekabrın 6, 7 və 8-də çıxarılacağı gözlənilir

Sentyabrın 29-da Maliyyə Nazirliyi öz saytında 2017-ci ilin dövlət büdcəsinin layihəsini yerləşdirib. Dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri isə 16.6 milyard manat proqnozlaşdırılır.

Buna da bax:​ 'Neft gəlirlərinin ən qızğın çağında bunu etmədilər...'

2016-cı ildə dövlət büdcəsi iki dəfə qəbul edilmişdi. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard xərclər isə 16.2 milyard olmuşdu. O zaman neftin bir bareli 50 dollara götürülmüşdü.

Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16 milyard manatdan, xərcləri isə 18 milyard manatdan bir qədər çox götürüldü. Neftin bir bareli isə dəyişiklikdən sonra 25 dollara endirildi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG