Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Keçmiş Misir prezidenti Morsiyə kəsilmiş ölüm hökmü ləğv edildi


Mohamed Morsi

Mohamed Morsi

Misir məhkəməsi həbsdə olan keçmiş prezident Məhəmməd Morsiyə qarşı ölüm hökmünü ləğv edib.

Reutersin məlumatına görə, qərar noyabrın 15-də keçirilən məhkəmə iclasında qəbul olunub.

“Müsəlman qardaşları” hərəkatının lideri olan Məhəmməd Morsi 2013-cü il iyulun 3-də hərbi çevirilişlə hakimiyyətdən kənarlaşdırılıb.

Bundan sonra ona qarşı bir sıra ittihamlar irəli sürülüb.

1912-ci ildə etirazçıların qətlə yetirilməsi ittihamı ilə o 20 il azadlıqdan məhrum edilib.

Bundan sonra isə “Həmas” təşkilatı və Qətərə casusluq ittihamı ilə ömürlük həbsə, 2015-ci ilin iyununda isə hərəkat üzvlərinin yatdığı Vadi an-Natrun həbsxanasından kütləvi qçışın təşkili ittihamı ilə ölümə məhkum edilib.

Ali Kasasiya məhkəməsinin ölüm hökmünün ləğv etməsi o deməkdir ki, iş məhkəməyə qaytarılacaq.

Həmçinin Morsi ilə yanaşı “Müsəlman qardaşları” hərəkatının daha 5 liderinə kəsilmiş ölüm hökmü ləğv edilib.

Bundan başqa 21 nəfərə kəsilmiş ömürlük həbs cəzası ləğv edilib.

Morsi 2012-ci ildə-keçmiş prezident Hüsni Mübarəkin devrilməsindən sonra prezident seçilmişdi.

2013-cü ildə baş verən hərbi çevirilişdən sonra ölkəni indiki prezident Abdel Fattah al-Sisi idarə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG