Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Almaniyanın müxtəlif şəhərlərində mənzillər, ofislər və məscidlərdə radikal islamçılara qarşı reydlər keçirilir.

Daxili işlər nazirliyinin məlumatına görə, hədəf “Əsil din” adlı islamçı təşkilatın üzvləridir.

Şimali Reyn-Vestfaliya, Baden-Vyurtenberq və Hamburq da daxil olmaqla onlarla regionda axtarış əməliyyatları keçirilir.

Xüsusi xidmətin məlumatına görə, “Əsil din” təşkilatı radikal ideologiyaların təbliği və insanları “İslam dövləti” qrupunun sıralarına cəlb etməklə məşğuldur.
Amma təşkilatın hansısa bir hücuma hazırlaşması barədə hələlik məlumat yoxdur.

Qessen torpağının daxili işlər nazirliyi bəyan edib ki, Almaniya gəncləri ələ alıb cihada göndərən fanatlara dözməyəcək.

“Əsil din” təşkilatının nümayəndələri hələlik reydlərə münasibət bildirməyiblər.

Almaniya hökumətinin məlumatına görə, Suriya və İraqdakı “İslam dövləti” qruplaşmalarına qoşulmaq üçün indiyədək ölkəni 900-ə yaxın adam tərk edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG