Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:17

Tretyakov Qalereyasında Azərbaycan rəssamlarının sərgisi açılıb


Sərgi
Sərgi

Rusiya Dövlət Tretyakov Qalereyasında «Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları» adlı sərgi açılıb.

AZƏRTAC-ın yaydığı xəbərə görə, Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və «Mərcani» Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və «Mərcani» Fondunda saxlanılan əsərlər daxildir.

Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kəmalə Əhmədova, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG