Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Polşa hakimiyyəti mərhum prezident Lex Kaçinski və həyat yoldaşı Mariyanın qalıqlarını analiz üçün məzardan çıxarıb.

2010-cu ildə Smolensk ətrafında təyyarə qəzasına düşən keçmiş prezident və xanımı Krakovdakı Vavel qəsrində dəfn olunublar. Bu keçmiş kral iqamətgahıdır.

Ümumilikdə 83 nəfərin qalıqları çıxarılacaq.

Həmin qəza nəticəsində dövlət rəsmiləri və hərbçilər də daxil olmaqla 96 nəfər ölüb.

Prokurorluq hesab edir ki, ölənlərin kimliyi müəyyən edilərkən ilkin ekspertiza zamanı səhvə yol verilə bilər.

İstintaq hesab edir ki, rusiyalı mütəxəssislərin apardığı ekspertizanın dəqiqliyini yoxlamaq lazımdır.

Polşa və Rusiyanın keçirdiyi birgə istintaqın nəticəsində görə, həmin vaxt qəzaya səbəb pis hava şəraitində pilotların səhvi olub.

Amma ölənlərin qohumları hesab edir ki, qəza təşkil oluna da bilər.

Polşanın nümayəndə heyəti həmin vaxt Smolenskə 1940-cu il Katın faciəsinin 70-ci ildönümünü qeyd etmək üçün gedirdi.

1940-ci ildə Stalinin əmriylə Katın meşəliyində azı 20 min polşalı zabit və ziyalı güllələnib.

Sovet dövründə Moskva bu kütləvi qətli Almaniyanın boynuna atırdı.

Amma 1992-ci ildə keçmiş Rusiya prezidenti Boris Yeltsinin dövründə açıqlanan sənədlərdən bəlli oldu ki, bu qətllər Stalinin əmriylə törədilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG