Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Noyabrın 14-də AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan «Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar» mövzusunda ikigünlük beynəlxalq konfrans işinə başlayıb.

AMEA-nın yaydığı xəbərə görə, konfrans bu qurumun,Prezident yanında Elmin İnkişafı Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda xarici ölkə alimləri də iştirak edirlər.

Rəsmi açılışdan sonra tədbir Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi kitabxanada «Ortaq türk tarixi» və «Ortaq türk ədəbiyyatı» dərsliklərinin, «Ortaq türk qrammatikası və terminologiyası»nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Konfrans noyabrın 15-də işini yekunlaşdıracaq.

Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə, Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi konfranslar keçirilib.

Birinci Türkoloji Qurultay 1926-cı ilin fevral-martında Bakıda keçirilib.

Dünyanın hər yerindən türkdilli tarixçilər, qeyri millətlərdən olan türkoloqlar Bakıya çağırılıb.

Qurultaya 131 nümayəndə- akademiklər V.V.Bartoldt, N.Y.Marr, A.E.Krımski, N.N.Poppe, Fuad Köprülüzadə kimi dünyanın qəbul etdiyi simalar qatılıb.

Əli bəy Hüseynzadə qurultayın fəxri qonağı kimi Türkiyədən dəvət olunub.

Qurultay türk xalqlarının tarixində əvəzsiz şəxsiyyət kimi anılan İsmayıl bəy Qaspralının və Orxon-Yenisey abidələrini aşkarlayan Radlovun şərəfinə düzənlənmişdi.

Qurultayda ortaq türk dili, ortaq türk tarixi, latın əlifbasına keçid və b. önəmli məsələlər müzakirə olunub.

II qurultayın 1929-cu ildə Səmərqənddə düzənlənməsi qərara alınsa da, bu qurultay çağrılmayıb.

Sovet hökuməti səhvini-türkdilli xalqları birləşdirməklə yox, ayırmaqla qazana biləcəyini anlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG