Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, aparat Ermənistan Silahlı Qüvvələrinə məxsus olub. «Hərbi bölmələrin sayıqlığı nəticəsində PUA vaxtında aşkar edilərək vurulub»,-deyə məlumatda qeyd edilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Üstəlik, tərəflər bir-birlərinin hərbi texnikalarını və pilotsuz uçuş aparatlarını sıradan çıxardıqları barədə müxtəlif məlumatlar yayıblar. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Son həftələr cəbhə xəttində iri silahların da işə düşdüyü bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG