Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:55

“Gürcüstanla NATO-nun keçirdiyi növbəti hərbi təlimlər regionda sülh və sabitliyə təhlükədir”.

Rusiya xarici işlər nazirliyinin noyabrın 15-də yaydığı bəyanatda belə deyilir.

Bu təlim məşqlərində 13 ölkədən 250-dən çox hərbçi iştirak edir.

Bəyanatda qeyd edilir ki, NATO Tbilisi ilə indiki hərbi tərəfdaşlığa, Rusiyanın dayandırılması siyasətinin tərkibi kimi baxır və bunu gizlətmir.

Nazirlik bildirib ki, Gürcüstanın indiki rolu, Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş müsbət prosesi çətinləşdirir.

Qeyd edək ki, NATO özünün şərq cinahını möhkəmləndirməkdə və Rusiyadan gələn mümkün təcavüzün qarşısını almaq üçün infrastruktur yaratmaqda davam edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG