Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

İzmir prokurorluğu Fətullah Gülən hərəkatı ilə bağlı istintaq çərçivəsində İzmir Katib Çələbi Universiteti, Manisa və Koçelində 35 nəfərin həbsi barədə order verib.

Bundan başqa həmin unvanlarda aşkar edilən şübhəlilərin axtarışı gedir.

Məlumatlara görə saxlananlardan biri 15 iyul qiyam cəhdi zamanı Çolbaşı mahalındakı xüsusi əməliyyat idarəsini bombalayan pilotlardan biri Rafet Kalayçının həyat yoldaşı olan həkim Özlem Kalayçıdır.

Saxlananlar ifadə vermək üçün təhlükəsialik idarəsinə aparılıblar.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə edilən qiyam cəhdi zamanı 270-dən çox adam ölüb.

Bundan sonra ölkədə 100 mindən çox hərbçi, polis və mülki şəxs saxlanıb və ya işdən azad edilib.

Türkiyə hakimiyyəti onlarıFətullah Gülenin “Hizmet” hərəkatı ilə əlbir olmaqda günahlandırır.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları ölkədə aparılan kütləvi həbsləri pisləyib.

Şərhləri göstər

XS
SM
MD
LG