Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

Noyabrın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu keçəcəyi, arabir yağış yağacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin xəbərinə görə, yarımadada gecə 8-10, gündüz 10-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti gözlənir.

Noyabrın 16-dan 18-nə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu tədricən 5-8 dərəcə enəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG