Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

Beynəlxalq Haaqa Məhkəməsinin ittihamçıları ABŞ-ın Əfqanıstanda 61 məhbusa işgəncə verdiyini deyiblər. İttihamçıların məlumatında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəayrıca 27 nəfərə işgəncə verdiyi bildirilir. CIA-in məhbusları 2003-2004-cü illərdə törədilmiş cinayətlərə görə dindirdiyi məlumdur. «Məhbuslarla qəddarcasına rəftar edilib, onlara əzab verilib, şəxsiyyətləri təhqir olunub». Bu üsullardan məhbuslardan bilgi almaq üçün istifadə edilib.

Haaqa ittihamlarının əsaslı olduğunu, ABŞ-ın məhbuslara işgəncə verməklə müharibə cinayəti törətdiyini bildirir.

Beynəlxalq Haaqa Məhkəməsi 2002-ci ildə müharibə cinayətləri, insanlığa qarşı cinayət, soyqırımı kimi məsələlərə baxmaq üçün yaradılıb. Əslində, Birləşmiş Ştatlar bu məhkəmənin təsisatıyla bağlı sazişi hələ də ratifikasiya etməyib. Amma haqqında danışılan cinayətlərin baş verdiyi ölkələr—Əfqanıstan, Polşa, Litva və Rumıniya sazişi təsdiqlədiklərinə görə məhkəmə mühakimə hüququ qazanır.

ABŞ Dövlət Departamentinin sözçüsü Elizabeth Trudeau araşdırmaya başlamaqdan ötrü əsas olduğuna inanmadıqlarını deyib. «Birləşmiş Ştatlar müharibə qanunlarına sadiqdir və bizim hətta beynəlxalq standartları aşan sağlam tədqiqat sistemimiz var», - Trudeau deyib.

ABŞ-ın prezidenti seçilmiş Donald Trump kampaniyası zamanı Obama dövründə istifadə olunmayan işgəncə üsullarının bərpa edilməsinə tərəfdar olduğunu bildirmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG