Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trumpla Rusiya prezidenti Vladimir Putinin telefon danışığı olub. Bunu noyabrın 14-də Kreml bildirib.

Məlumata görə, Putin Trumpa deyib ki, “qarşılıqlı hörmət” və “bir-birinin daxili işlərinə qarışmamaq” əsasında Rusiya ABŞ-la dialoqa hazırdır.

Trumpın buna nə cavab verməsi barədə məlumat verilmir.

Ancaq Putinlə Trump qarşılıqlı münasibətləri konstruktiv dialoqa çevirmək istiqamətində işləmək haqda razılığa gəliblər.

Hər iki tərəf ona da razılaşıb ki, iki ölkə arasında "münasibətlər hazırda ifrat dərəcədə qeyri-qənaətbəxş səviyyədədir".

Telefon danışığı və Kremlin bu məlumatı barədə hələlik Trumpın keçid komandasından məlumat verilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG