Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Bu gün, noyabrın 14-i Bakıda məcburi köçkünlərin etiraz aksiyası keçirdikləri bildirilir.

“Qafqazinfo” saytına daxil olan məlumata görə Xətai rayonu, Gəncə prospekti 20 A-da toplaşan vətəndaşlar etirazlarını yolu bağlayaraq ifadə ediblər. Onlar, həmin ərazidə yaşadıqları 16 mərtəbəli binanın qəzalı vəziyyətdə olduğunu bildiriblər.

Onlar binada çatlar yarandığını və sürüşməyə məruz qaldığını qeyd ediblər. Məcburi köçkünlər problemin həll edilməsini tələb ediblər.

Buna da bax:​ Köçkünlər aylardır qazsız qalıb...

Meydan TV-yə danışan aksiya iştirakçıları isə bildiriblər ki, onlar bu vəziyyətlə bağlı rəsmi qurumları 2 ildir məlumatlandırıblar. Ancaq aradan illər keçsə də lazımı tədbirlər görülməyib.

Hadisəyə, hələlik, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Buna da bax: “Yeni Bakı”nın sakinləri prezidentdən kömək istəyir

Bakıda bundan əvvəl də məcburi köçkünlər yaşadıqları bina və yataqxanaların qəzalı olmasına diqqət çəkməkdən ötrü etiraz aksiyası keçiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG