Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Müsavat Partiyası REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun noyabrın 18-də keçiriləcək məhkəmə prosesində azadlığa buraxılmasını tələb edir.

Partiya divanının noyabrın 14-də keçirilmiş toplantısı ilə bağlı məlumatda belə deyilir.

Partiya qeyd edir ki, ölkə məhkəmələrinin İlqar Məmmədov işi ilə bağlı çıxardığı qərarlar uydurmadır.

Buna da bax:​ REAL Bakı polisini məhkəməyə verib

“REAL-ın sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya qaldırılmış cinayət işi tamamilə uydurma, siyasi sifarişdir. Tofiq Yaqublu əfv sərəncamı ilə azadlığa çıxsa da, barəsində Avropa İnsan Haqları Məhkəməsinin və AŞ Nazirlər Komitəsinin çoxsaylı qərarları olan İlqar Məmmədov, hələ də, həbsdə saxlanmaqdadır”, partiyanın məlumatında bildirilir.

Müsavat divanı İlqar Məmmədovun qarşıdan gələn məhkəmə prosesində azad edilməsini tələb edir. Yerli və beynəlxalq ictimaiyyəti bu məsələni diqqətdə saxlamağa səsləyir.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ İlqar Məmmədovun “yarımçıq” portreti

Apelyasiya Məhkəməsi hökmü ədalətli sayıb. 2015-ci ilin oktyabrında isə Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T. Yaqublunun şikayətini də təmin edib.

Bu ilin martında isə T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Buna da bax:​ İlqar Məmmədov: «Demək məni buraxmaq fikirləri yoxdur...»

Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də, həbsdədir.

Beləliklə 4 gün sonra-noyabrın 18-də Ali Məhkəmədə İlqar Məmmədovun kasasiya şikayətinə baxılacaq. Şikayət bu ilin aprelində Şəki Apelyasiya Məhkəməsinin onun barəsində verdiyi həmin qərar ilə bağlıdır.

Şərhləri göstər

XS
SM
MD
LG