Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

2017-ci ilin büdcə paketi, hələ də, deputatlara təqdim olunmayıb.

Bunun səbəbləri haqda modern.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov paketin yubanmasının dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı ola biləcəyini deyib.

“Milli Məclisin büdcə zərfi, hələ də, deputatlara təqdim olunmayıb. Əslində, hökumət büdcə zərfinə baxaraq, sənədi cənab prezidentə göndərmişdi. Ölkə başçısı da artıq sənədi imzalamalı idi. Ola bilsin ki, dünya iqtisadiyyatında baş verən müəyyən problemlərlə bağlı büdcə zərfində müəyyən dəyişikliklər nəzərdə tutulur”.

Buna da bax:​ Deputatlar hələ büdcə layihəsinin üzünü görməyib

Praktikaya görə, 2017-ci ilin büdcə paketi çoxdan Milli Məclisin komitələrinə və deputatların müzakirəsinə təqdim edilməli idi.

Bir çox iqtisadçı ekspertlər büdcə layihəsinin, hələ də, parlamentə təqdim edilməməsini normal hesab etmirlər

Sentyabrın 29-da Maliyyə Nazirliyi öz saytında 2017-ci ilin dövlət büdcəsinin layihəsini yerləşdirib. Dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri isə 16.6 milyard manat proqnozlaşdırılır.

Buna da bax:​ Ekspert: 'Gələn ilə çox qənaətcil büdcə gözlənilir'

2016-cı ildə dövlət büdcəsi iki dəfə qəbul edilmişdi. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard xərclər isə 16.2 milyard olmuşdu. O zaman neftin bir bareli 50 dollara götürülmüşdü.

Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16 milyard 822 milyon, xərcləri isə 18 milyard 495 min manat götürüldü. Neftin bir bareli isə dəyişiklikdən sonra 25 dollara endirildi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG