Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:27

Azərbaycan Avropa Birliyinin (AB) onunla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılmasından ötrü mandatın verilməsini alqışlayır.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federike Mogiriniyə belə mandatım verilməsini şərh edərkən bildirib.

Bakı AB ilə ayrıca müqavilənin imzalanmasına çoxdan təkid edir və bunu strateji əməkdaşlıq haqqında saziş adlandırır.

Buna da bax:​ AB ilə yeni saziş hazırlanır

Ekspertlərin fikrincə, sazişin Bakının istədiyi formada gerçəkləşməsi çətin ki, mümkün olsun.

Onların deməsinə görə, rəsmi Bakı gələcək müqavilədə siyasi əməkdaşlıq məsələlərinin maksimim məhdudlaşdırılmasına can atır. Brüssel isə bunun mümkün olmamasına əsaslanır. Təşkilat bildirir ki, Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“Turan” Agentliyinin xəbərinə görə, AB-dəki məlumatlı mənbə deyib ki, Azərbaycanın istədiyi müqavilə heç onlarla Çin arasında yoxdur.

Buna da bax: 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'

Xatırlatma

Avropa Birliyi (AB) Şurası Avropa Komissiyası və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyə Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib.

Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub.

Yeni saziş həmin sazişi əvəz etməlidir.

Bu il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənədin qəbul edilib.

Buna da bax:​ Avropa Birliyi ilə gözlənilən danışıqlar

Azərbaycan Avropa Birliyi ilə əsasən «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG