Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Bolqarıstanda da prezident seçkisində rusiyapərəst namizəd qalib gəlir


Rumen Radev

Rumen Radev

Bolqarıstanda keçirilən prezident seçkisində rusiyapərəst namizəd Rumen Radev liderlik edir.

MSK-nın noyabrın 14-də yaydığı məlumatına görə,Sosialistpartiyasının namizədi Radev 59,4,Sağmərkəzçi GERB partiyasının cnamizədi Tsetska Tsacheva isə təxminən 36 faiz səs toplayıb.

Baş nazir Boyko Borisov noyabrın 13-də jurnalistlərə deyib ki, rusiyapərəst namizəd Radev qalib gəlsə istefa verəcək.

Onun istefası yazda vaxtındanəvvəl seçkilərə səbəb ola və bu ölkənin NATO və Avropa Birliyinə üzvlüyünü riskə ata bilər.

Hərbi hava qüvvələrinin keçmiş rəisi olan general Radev əvvəllər siyasi vəzifə tutmayıb.

Müşahidəçilər hesab edir ki, onun qələbəsi ölkəni yenidən Rusiyaya tərəf döndərə bilər.

O, Rusiyaya qarşı beynəlxalq sanksiyaları aradan qaldırmağa çağırır.

Radevin 53 yaşı var.

O seçkinin birinci mərhələsində 25,5, Tsetska Tsacheva isə 22 faiz səs toplamışdı.

Prezident səlahiyyətlərinin icrasına gələn il yanvarın 1-dən başlayacaq.

Bolqarışstanda prezidentlik müddəti 5 ildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG