Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:38

Nazir səhrada müşavirə keçirib


Müdafiə naziri Zakir Həsənov təlimlərlə bağlı səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti noyabrın 14-də məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.

Mətbuat xidmətinin bildirməsinə görə, müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları, qəbul etdikləri qərarlarla bağlı məruzələr aparılıb.

Xəbərdə qeyd edilir ki, müşavirədə çıxış edən Z.Həsənov təlimlərin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışaraq tapşırıq və göstərişlər verib.

Noyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin geniştərkibli təlimlərə başladığı açıqlanmışdı. Bu təlimlərdə məqsədin silahlı qüvvələrin hazırlıq səviyyəsini yoxlamaq olduğu bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG