Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

ABŞ dolları Azərbaycanda rəsmən bahalaşdıqca, kommersiya bankları da bu xarici valyutanın həm alış, həm də satış qiymətini yüksəltməkdədir.

«Marja» xəbər verir ki, bu gün, noyabrın 14-də dolları ən yüksək qiymətə «KapitalBank» alır. «KapitalBank»da dolların alış qiymətinin 1.7485, «Bank of Baku»da 1.7450, «Amrahbank»da isə 1.7450 manat olduğu bildirilir.
Həmin banklarda dolların satış qiymətinin isə 1.7630 civarında dəyişdiyi qeyd edilir.

Dolları ən aşağı qiymətə satan bankların isə «Naxçıvanbank» (1.7530 manat), «Azər-Türk Bank» (1.7545 manat), «AccessBank» (1.7620 manat) və «Türk Bank» (1.7620 manat) olduğu açıqlanıb.

Noyabrın 14-də Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1.6954 manata bərabərdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG