Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:04

Valyuta bazarı dəfələrlə kiçilib


Dollar
Dollar

Azərbaycanda 2016-cı ilin 9 ayında valyuta bazarının həcmi ötən ilin eyni dövrünə nisbətən kəskin azalıb.

Mərkəzi Bankın (MB-nin) Pul siyasəti icmalında deyilir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə kiçilib.

Dövr ərzində valyuta bazarında əməliyyatların 85 faizi ABŞ dollarında, 15 faizi də digər valyutalarda aparılıb.

İcmalda qeyd edilir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında bankların satdığı xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalıb. Bu rəqəm 281 milyon ABŞ dollarına düşüb. Avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 193 milyon avro təşkil edib.

Sənəddə bildirilir ki, 9 ayda valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub.

9 AYDA NEFT FONDU 4 MİLYARD DOLLAR SATIB

«Mal və xidmət idxalının azalması, habelə ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə təsir göstərib. 2016-cı ilin ötən dövründə MB elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib. MB valyuta bazarında iştirakı minimuma endirib. Dövlət Neft Fondunun (DNF) valyuta satışları da MB-də təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib. İlin 9 ayında DNF-nin xarici valyuta satışları 4 milyard ABŞ dolları təşkil edib», - deyə sənəddə bildirilir.

Bu ilin 9 ayında MB-də 88 valyuta hərracı keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG