Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Detektiv yazıçı Müşfiq Xan sevgi romanını təqdim edib


Presentation of Mushfig Khan s book.

Presentation of Mushfig Khan s book.

Noyabrın 13-ü detektiv yazıçı Müfşiq Xanın "Yalnızlığın bal ayı" adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Kitabevim.az kitab mağazasında baş tutan görüşdə yazıçının qələm dostları və KİV nümayəndələri iştirak edirdilər.

Müşfiq Xanın "Yalnızlığın bal ayı" kitabı.

Müşfiq Xanın "Yalnızlığın bal ayı" kitabı.

Tədbiri giriş sözü ilə açan Müşfi Xan oxucuları salamlayıb, kitab haqqında məlumat verib: "Məni oxucularım daha çox detektiv yazıçı kimi tanıyırlar. Ancaq bu gün görüşünüzə gəldiyim "Yalnızlığın bal ayı" kitabımın sujeti heç də detektvi motivli deyil. Bu kitab sevgi haqqında romandır. Roman öz müəlliminə aşiq olan tələbənin yaşantılarını özündə əks etdirir. Onu da qeyd edim ki, kitabın ilk təqdimatı Gəncədə baş tutub. Sevindirici haldır ki, kitabın Bakıda təqdimatını etməmişdik, ancaq artıq dördüncü tirajını buraxırıq. Düşünürəm ki, 10 gün ərzində bu qədər oxucu marağını kitab uğuru hesab etmək olar".

Buna da bax: Azərbaycan boyda ölkədə cəmi 10 nəfər yazıçının oxunması utancverici haldır...

Tədbir müəllifin imza mərasimi ilə başa çatıb.

Tədbirdən fotolar:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG