Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

NATO Trump-a sərt xəbərdarlıq etdi


Jens Stoltenberg
Jens Stoltenberg

NATO-nun baş katibi, Donald Trump-ın alyansı tənqid etməsinə cavab olaraq ona ciddi xəbərdarlıq edib və 11 sentybar terror hücumunu unutmamağı məsləhət görüb.

Qərb mediasının xəbərlərində deyilir ki, Jens Stoltenberg-in xəbərdarlığı ABŞ prezidenti seçilmiş Donald Trump-ın Qərbi narahat edən bəyanatlar verməsi ilə bağlıdır.

Alyans başçısı deyib ki, misli görünməmiş təhlükə şəraitində ABŞ və Avropa birliklərini qoruyub saxlamalıdır.

Trump seçki kampaniyası zamanı NATO-ya üzvlük haqqı verməyən ölkələrə dəstək verilməyəcəyi ilə hədələmişdi.

Stoltenberg xatrıladıb ki, NATO üzvlərinin kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddədən indiyədək yalnız bir dəfə - 2001-ci il sentyabrın 11-də ABŞ üzərinə terror hücumu zamanı istifadə edilib.

NATO rəhbəri deyib ki, o vaxtdan bəri minlərlə Avropa əsgəri Əfqanıstanda xidmətdədir.

“Onların min nəfərindən çoxu buna görə həyatını qurban verib” – deyib Stoltenberg.

Eyni zamanda Stoltenberg NATO üzvlərinin təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi barədə Trump-ın iradlarını bölüşdüyünü deyib, lakin eyni zamanda işarə edib ki, onun Rusiyaya yönəlik bəyanatları ciddi narahatlıq doğurur.

Kreml ümid etdiyini bildirib ki, Donald Trump NATO-nu qoşunlarını Rusiya sərhədlərindən çəkməyə sövq edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG